Yazını böyüt
Yazını kiçilt
Moskvada gürcü restoranlarından biirndə xəngəlyemə yarışı keçirilib.
Hafta.az-ın yazdığına görə, müsabiqədə çox adam iştirak eləsə də, finala 13 nəfər keçib. Finalda isə ən qısa vaxtda daha çox xəngəl yeyən iştirakçı qalib gəlib. Bu, Andrey Tyurnindir. Andreyin cəmi 90 saniya ərzində 25 xəngəl yediyi bildirilir.
Novqoroddan olan idman bloggerı Tyurnin bildirib ki, yarış gözlədiyindən daha asan keçib və hətta nəticəyə özü də çaşıb qalıb.
Xatırladaq ki, 1-ci yerin qalibi olaraq Tyurnin 500 min rubl, yəni 6250 dollar mükafat qazanıb.